Geridə qalan mövsümdə "Fənərbaxça"nın sabiq baş məşqçisi Aykut Kocamanın heyətdən kənarlaşdırdığı Ozan Tufanla bağlı qərar verilib. SİA-nın məlumatına görə, klubun yeni çalışdırıcısı Filipp Koku, 23 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyib.
İngiltərə təmsilçisi "Kristal Palas"ın gənc oyunçu üçün "sarı lacivərdlilər"ə rəsmi təklif göndərməsinə baxmayaraq, holland baş məşqçi Ozanın komandada qalmasını və ona şans vermək istədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB