Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” futbol klubu növbəti yoxlama oyununa çıxıb. SİA-nın məlumatına görə, Sənan Qurbanovun komandası Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb. Beltintsidə keçirilən görüşdə "Qəbələ" minimal hesabla məğlub olub - 0:1.
Qeyd edək ki, "Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. Albaniyanın "Kukesi" komandası ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” (Zaqreb) klubuna uduzub - 0:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB