Qarabağ" Kiyev "Dinamo"suna uduzub

Qarabağ" Kiyev "Dinamo"suna uduzub

Avstriyada təlim-məşq toplanışında olan Qarabağ", sonuncu yoxlama oyununda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Şvats şəhərində keçirilən matçda Ağdam təmsilçisi minimal hesabla məğlub olub.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl yoxlama görüşlərində Suriya millisinə uduzub (0:1), Bolqarıstan "Ludoqorets"i (1:1) və Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.

4 iyul

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Dinamo" (Kiyev) - 0:1
Şvats (Avstriya)

Bütün xəbərlər Facebook səhifəmizdə