Yaponiya millisinin baş məşqçisi postuna namizəd bəlli olub. Apasport.az saytının məlumatına görə, asiyalılar bu vəzifəyə almaniyalı Yurgen Klinsmannı gətirmək istəyir. Yaponiyalılar mütəxəssisə ildə 2 milyon avro ödəməyə hazırdı. Fransanın “Nant” klubunun da danışıqlar apardığı Klinsmann “Gündoğar ölkədə” Akira Nisinonu əvəzləməlidi. DÇ-2018-də 1/8 finala yüksələn asiyalılar müqaviləsi bu ay başa çatacaq çalışdırıcı ilə anlaşmanı uzatmaq niyyətində deyil. Onun əvəzləyicisinin artıq yaxın günlərdə bəlli olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB