İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Quti "Beşiktaş"da çalışacaq. Bu barədə "Marca" xəbər yayıb. Veteran yarımmüdafiəçi İstanbul klubunda baş məşqçi Şenol Günəşin köməkçisi olacaq.
Artıq 42 yaşlı məşqçinin "Beşiktaş"ın Slovakiyadakı təlim-məşq toplanışına qoşulacağı bildirilib. Qeyd edək ki, "Real"ın yetirməsi olan Quti 2010-2011-ci illərdə "Beşiktaş"da çıxış edib. O, karyerasını məhz bu klubda başa vurub. Quti son olaraq "Real"ın U-19 komandasını çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB