İspaniya Futbol Federasiyası yığmanın baş məşqçi postuna axtarışları davam etdirir. İlk namizədlərdən biri “Barselona” klubunun və İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Xavidir. Buna səbəb isə, İspaniya millisinin Rusiyada keçirilən dünya çempionatında səkkizdəbir final mərhələsində ev sahiblərinə məğlub olmasıdır.
Daha öncə, məşqçi lisenziyasını alan 38 yaşlı ispaniyalı 2019-cu ilin yanvarından “Əl-Sədd”in sükanı arxasına keçəcəyi barədə xəbərlər yayılmışdı. Onunla yanaşı, federasiyanın siyahısına son olaraq Belçika millisinin çalışdırıcısı Roberto Martinesin adı əlavə olunub.
Qeyd edək ki, Kike Sançes Flores, Luis Enrike, Miçel, Pako Xemes və Kike Setyenin də adı İspaniya millisi ilə birgə hallanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB