“Barselona” qaraciyər alverini təkzib edir

“Barselona” qaraciyər alverini təkzib edir

“Barselona” rəhbərliyi sabiq klub prezidenti Sandro Roselin 2012-ci ildə qeyri-qanuni şəkildə, xərçəngdən əziyyət çəkən Erik Abidal üçün qaraciyər aldığına dair yayılan məlumatı təkzib edib. Katalon klubu, bu məsələ barəsində bəyanat verib: “Barselona” qəti şəkildə Erik Abidala qaraciyər köçürülməsi zamanı baş verdiyi iddia edilən qanun pozuntularını təkzib edir. Müalicə prosesinin gedişində “Barselona” heç bir qeyri-qanuni əmələ əl atmayıb”.

Həmçinin, Erik Abidalın fondunun yayımladığı açıqlamada məlumatın yanlış olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə