“Real”-dan açıqlama: "Kilyan Mbappe gündəmimizdə deyil"

“Real”-dan açıqlama: "Kilyan Mbappe gündəmimizdə deyil"

“Real”, PSJ-nin hücumçusu Kilyan Mbappeni transfer etmək istədiklərinə dair çıxan informasiyanı təkzib edib. “Kral klubu” rəsmi saytında bu barədə bəyanat yayımlayıb. “Son saatlarda Kilyan Mbappenin transferi ilə bağlı klubumuz və PSJ arasında anlaşma əldə olunduğuna dair yayılan məlumatlar həqiqəti əks etdirmir” – deyə, bəyanatda bildirilib.

Qeyd edək ki, müxtəlif media qurumlarında “Real”ın Fransa millisinin üzvünə görə PSJ-yə 272 milyon avro təklif etməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə