Ronaldo “Yuventus”a keçir?

“Real”ın hücumçusu Kriştianu Ronaldo karyerasını “Yuventus”da davam etdirə bilər. Apasport.az saytının “Sky Sport Italia”ya istinadən məlumatına görə, Turin təmsilçisi rəsmi təklif göndərməyə hazırlaşır. Transferin “Yuventus”a ümumilikdə 400 milyon avroya başa gələcəyi gözlənilir. “Qoca sinyora” transferə görə “Real”a 120-150 milyon, Ronaldonun özünə isə illik 30 milyon avro məvacib ödəmək niyyətindədi.

Bütün xəbərlər Facebook səhifəmizdə