İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Milan təmsilçisi Argentinanın "Rasinq" klubundan 20 yaşlı hücumçu Lautaro Martinesi transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, gənc forvardla 5 illik müqavilə imzalanıb.
İtaliya klubu bu keçid üçün qarşı tərəfə 23 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Rasinq"in yetirməsi olan Martines əsas komandada meydana çıxdığı 48 qarşılaşmada 22 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB