Kolumbiya - İngiltərə matçında futbolçulardan şok hərəkətlər - FOTOLAR
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində dünən baş tutan Kolumbiya - İngiltərə (1:1, pen - 3:4) matçında maraqlı hadisə yaşanıb. SİA-nın məlumatına görə, qarşılaşmanın 54-cü dəqiqəsində Karlos Sançesin Harri Keynə qarşı kobud oyunundan sonra hakim penalti nöqtəsini göstərib.
Kolumbiyalılar etiraz edərək hakimin ətrafına toplaşıblar. Qələbəliyin içərisində başda Radamel Falkao olmaqla bəzi futbolçular ayaqları ilə penalti nöqtəsini qazmağa başlayıblar. Ancaq buna baxmayaraq Harri Keyn zərbəni dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxardıb.
Belə hadisə, 2010-cu ildə “Fənərbaxça” - “Beşiktaş” derbisində də baş vermişdi. “Fənərbaxça”nın “Kadıköy” stadionunda “Beşiktaş”ı 1:0 hesabı ilə məğlub etdiyi matçda 64-cü dəqiqədə “ağ-qaralar”ın 11 metrlik cərimə zərbəsi vurmasından öncə Bilica ayağı ilə penalti nöqtəsini eşələmişdi. Bundan sonra “Beşiktaş”lı Bobonun vurğudu penaltini zərbəsini qapıçı Volkan Dəmirəl dəf etmişdi.
Futbolda yaşanan “fair-play” qaydalarından kənar bu hərəkət idman gündəmini bir müddət zəbt etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB