Xəbər verdiyimiz kimi, İngiltərə millisi dünya çempionatında oyunsonrası penaltilər zərbəsi zamanı Kolumbiyanı məğlub edib - 4:3. SİA-nın məlumatına görə, bununla da İngiltərə yığması ilkə imza atıb.
Belə ki, Britaniya təmsilçisi ilk dəfə olaraq dünya çempionatında oyunsonrası penaltilər seriyası zamanı qalib gəlib. Əvvəlki 3 halda komanda məğlubiyyət acısı yaşamışdı. İngiltərə millisi "DÇ-1990"da Almaniyaya, "DÇ-1998"də Argentinaya,"DÇ-2006"da isə Portuqaliyaya penaltilər seriyasında uduzmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB