Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb. SİA-nın məlumatına görə, ik yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb.
İlk gündə mübarizə aparan güləşçilərimizdən dördü yarımfinala yüksəlib. Yarımfinal görüşlərini qələbə ilə başa vuran Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) finala çıxıb. Yarımfinalda uduzan Saqadulla Ağayev (80 kq) və İslam Abuyev (110 kq) bürünc medal görüşünə haqq qazanıb.
Təsəlliverici görüşdə qələbə qazanan Əbülfəz Nəsirov (55 kq) da bürünc medal görüşünə çıxacaq.
Final görüşləri Bakı vaxtı ilə bu gün saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB