FİFA referisi Əliyar Ağayev Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə seminar keçib. SİA-nın məlumatına görə, referi yığmanın üzvlərinə oyun qaydaları haqda məlumat verib, futbolçuların suallarını cavablandırıb. Sonda Ə. Ağayevə milli komandanın forması hədiyyə edilib.
Qeyd edək ki, iyunun 20-dən Bakıda təlim-məşq toplanışında olan U-17 İranın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Komandalar iyulun 7-də “Dalğa Arena”da, iyulun 10-da isə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Hər iki oyun saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB