Almaniya millisinin baş məşqçisi Yoahim Lövün gələcək taleyinə aydınlıq gəlib. SİA-nın məlumatına görə, 58 yaşlı mütəxəssis postunda qalacaq. Bundestimin Rusiyada keçirilən dünya çempionatında uğursuz çıxışı Almaniya Futbol İttifaqının Löv barədə fikrini dəyişdirməyib. Daha öncə federasiya prezidenti Raynhard Qrindel bu barədə açıqlama vermişdi. Löv may ayında yığma ilə müqavilə müddətini 2022-ci ilə qədər uzatmışdı.
Xatırladaq ki, Almaniya DÇ-2018-də qrupunu sonuncu sırada tamamlayaraq, pley-offa vəsiqə qazana bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB