2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb. SİA-nın məlumatına görə, U-21 millimizin üzvü Dmitri Nağıyevlə 1 illik müqavilə imzalanıb. Nağıyev yeni komandasında 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. Nağıyev həmçinin U-21 millimizin də (2015-2016, 2 oyun) şərəfini qoruyub.
Xatırladaq ki, "Sumqayıt" Nağıyevdən əvvəl Əfran İsmayılov, Elvin Məmmədov, Yusif Nəbiyev, Şəhriyar Əliyev, Murad Xaçayev və Aleksey İsayevi heyətinə qatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB