“Qəbələ” – “Proqres” oyununun hakimləri müəyyənləşib

“Qəbələ” – “Proqres” oyununun hakimləri müəyyənləşib

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 12-də keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) oyununu Moldovadan olan hakimlər idarə edəcəklər. SİA xəbər verir ki, oyunun baş hakimi Vyaçeslav Banari olacaq.

Baş hakimin köməkçiləri Vasili Ermişin və Dimitri Çiobanudur. Dördüncü hakim funksiyasını Andrey Kojakaru yerinə yetirəcək.

Matçın hakim-inspektoru xorvatiyalı İqor Pristovnik, UEFA nümayəndəsi gürcüstanlı Nikoloz Jgarkavadır.

Qeyd edək ki, “Qəbələ” – “Proqres” matçı saat 20.00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə