“Neftçi” Bosniya klubunu darmadağın edib

“Neftçi” Bosniya klubunu darmadağın edib

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”, dünən axşam növbəti yoxlama görüşünü keçirib. Paytaxt təmsilçisi “Çelik”lə üz-üzə gəlib. Bosniya və Herseqovina klubu ilə qarşılaşmada "Ağ-qaralar" 4:1 hesablı qələbəyə seviniblər.

Bu, Roberto Bordinin yetirmələrinin Topuk yaylasında 3-cü sınaq matçı olub. Bakılılar ilk iki oyunda “Şkupi” (Makedoniya) və “Dunarea Kalarasi” (Rumıniya) üzərində eyni hesabla (2:0) qələbə qazanmışdı ki, bu dəfə 3-cü uğur əldə edilib. “Neftçi” toplanış çərçivəsində son yoxlama görüşünü iyulun 5-də "Politexnika”ya (Rumıniya) qarşı keçirəcək.

Qeyd edək ki, “Çelik” iyunun 30-da digər Azərbaycan klubu “Keşlə” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Yoxlama görüşü

2 iyul

“Neftçi” (Azərbaycan) - "Çelik” (Bosniya və Herseqovina) - 4:1

Qollar: Dabo, 14, R. Hacıyev, 18; 34 (pen.), Namiq Ələsgərov, 60

“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 77. Elvin Sərkərov, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 73. Nail Alışov, 4. Rəşad Eyubov, 11. Dario Frederiko, 21. Məhəmməd Mirzəbəyov, 28. Slavko Braliç, 36. Xəlil Bəşirov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov

Bütün xəbərlər Facebook səhifəmizdə