Yunan futbolçu “Arsenal”ın düşərgəsində

Yunan futbolçu “Arsenal”ın düşərgəsində

Dortmund “Borussiya”sının müdafiəçisi Sokratis Papastatopulosun “Arsenal”a transferi rəsmiləşmək üzrədir.“Sky Sports”un xəbərində deyilir ki, yunanıstanlı futbolçu artıq Londondadı. Sokratisin keçidi “topçular”a 16 milyon funt sterlinqə başa gələcək. Bu, yeni baş məşqçi Unay Emerinin dövründəki üçüncü transfer olacaq. “Arsenal” Bernd Leno (“Bayer”) və Stefan Lixtştayneri (“Yuventus”) də mövsümlərarası fasilədə heyətinə qatmışdı.

Qeyd edək ki, Sokratis Papastatopulos 2013-cü ildən bəri Dortmund “Borussiya”sının formasını geyinirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com