Buffonun PSJ-yə transferi bu həftə rəsmiləşəcək

Buffonun PSJ-yə transferi bu həftə rəsmiləşəcək

“Yuventus”un qolkiperi Canluici Buffon karyerasını Fransada davam etdirəcək. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, bu həftənin sonuna kimi italiyalı qapıçının PSJ-yə transferi yekunlaşacaq.

Buffonun müqaviləsi 2 il müddətinə nəzərdə tutulacaq. Qeyd edək ki, 40 yaşlı qolkiper daha öncə “Parma” (1995-2001) və “Yuventus”da (2001-2018) çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə