“Bavariya” Niko Kovaçı ictimaiyyətə təqdim edib

“Bavariya” Niko Kovaçı ictimaiyyətə təqdim edib
“Bavariya” yeni baş məşqçisi Niko Kovaçı ictimaiyyətə təqdim edib. Münhen klubunun Tvitter səhifəsində yer alan xəbərə görə, xorvatiyalı mütəxəssisin təqdimat mərasimi bu gün keçirilib.Tədbirdə Kovaç təəssüratlarını bölüşüb: “Yenidən burdayam. “Bavariya”nın məni seçdiyinə görə xoşbəxtəm. Bütün futbolçuların inkişaf etməsini və klubun məqsədinə çatmasını hədəf seçmişik”. Kovaç sentyabrın 1-dən yeni işinə başlayacaq. Qeyd edək ki, 46 yaşlı mütəxəssis son olaraq “Ayntraxt”ı (Frankfurt) çalışıdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə