Misirli futbolçu Məhəmməd Salah “Liverpul” ilə yeni uzunmüddətli müqavilə imzalayıb. SİA xəbər verir ki, 26 yaşlı hücumçu ilə yeni müqavilənin tarixi və müddəti açıqlamayıb.
M.Salah “Liverpul”a 2017-ci ildə İtaliyanın “Roma” klubundan keçib. Həmin mövsümdə bütün turnirlərdə 52 oyun 44 qol vurub və 16 məhsuldar ötürmə verib. Misirli futbolçu İngiltərə Premyer Liqasının 2017/2018-ci il mövsümündə 32 qol ilə ən yaxşı futbolçu seçilib.
Həmçinin Məhəmməd Salah Misir milli komandası ilə dünya çempionatında iştirak edib. Misir yığması “A” qrupunda üç məğlubiyyətlə mübarizəsini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB