Bu gün DÇ-2018-in daha iki 1/8 final oyunu keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, ilk olaraq meydana mundialın favoritlərindən Braziliya və Meksika çıxacaqlar.
Qrup oyularında cəmi 1 dəfə xal itirən Braziliya bu matçın favoritidir. Meksika millisi mundiala Almaniya üzərində böyük hesablı qələbə ilə start versə də, son görüşdə İsveçə böyük hesablı məğlubiyyəti komandanın gücünü şübhə altına salıb.
Digər matçda isə Belçika Yaponiya ilə üz-üzə gələcək. Bu qarşılaşmanın aşkar favoriti avropalılardır. Qrupda maksimum nəticə göstərən “Qırmızı şeytanlar” yalnız sarı vərəqələrin sayına görə 1/8 finala adlayan Yaponiya ilə matçın aşkar favoritidir.
1/8 final mərhələsi
2 iyul
18:00. Braziliya - Meksika
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara. “Kosmos Arena”
22:00. Belçika - Yaponiya
Baş hakim: Malanq Dyediu (Seneqal)
Rostov. “Rostov Arena”
30 iyun
Uruqvay - Portuqaliya - 2:1
Fransa - Argentina - 4:3
1 iyul
İspaniya - Rusiya - 1:1 (pen-2:4)
Xorvatiya - Danimarka - 1:1 (pen-3:2)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB