İspaniyadan rekord göstərici – 1029 dəqiq ötürmə

İspaniyadan rekord göstərici – 1029 dəqiq ötürmə

İspaniya millisi DÇ-2018-in 1/8 final mərhələsinin Rusiya ilə oyununda tarixi göstəriciyə imza atıb. Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, ispanlar matçın gedişində 1137 ötürmə ediblər ki, bu da dünya çempionatları tarixində rekorddur. Bu ötürmələrin 1029-u (91 faizi) dəqiq alınıb. Rusiya yığmasının isə 285 ötürməsindən 202-si (71 faizi) dəqiq olub. Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə bitən matçın penaltilər seriyasında Rusiyaya uduzan İspaniya mundialla vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə