Bu gün DÇ-2018-in daha iki 1/8 final oyununa start verilib. İlk olaraq meydana ev sahibi Rusiya millisi çıxıb. Qonşu ölkə təmsilçisi mundialın favoritlərindən hesab olunan İspaniya ilə qarşılaşıb.
İspanların qələbə şansı daha yüksək qiymətləndirilsə də, Rusiyanın rəqibindən fərqli olaraq pley-offa rahat yüksəlməsi və azarkeş amili matçın gərgin keçəcəyindən xəbər verirdi. 90 dəqiqəsi heç-heçə (1:1) başa çatan matçın əlavə vaxtında hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Rusiya millisi adını 1/4 finala yazdırıb. Onlar növbəti mərhələdə Xorvatiya - Danimarka cütünün qalibi ilə qarşılaşacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB