FİFA hakim təyinatlarını açıqlayıb

FİFA hakim təyinatlarını açıqlayıb

DÇ-2018-i 1/8 final mərhələsinin son iki oyununa hakim təyinatları açıqlayıb. FİFA-nın saytında yer alan xəbərə görə, Kolumbiya – İngiltərə görüşünü amerikalı Mark Qeyqerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Frenk Anderson (ABŞ), Co Fletçer (Kanada) və Mattyu Konqer (köməkçi hakim, Yeni Zelandiya) yardım göstərəcəklər.

Həmin gün keçirləcək İsveç – İsveçrə matçının hakimləri isə aşağıda adları qeyd olunanlardır:

Baş hakim: Damir Skomina (Sloveniya)
Ehtiyat hakimlər: Yure Praprotnik, Robert Vukan (hər ikisi Sloveniya)
Dördüncü hakim: Navaf Şukrulla (Bəhreyn)

Bütün xəbərlər Facebook səhifəmizdə