Maradona: "Messisiz biz adi komandayıq"

Maradona: "Messisiz biz adi komandayıq"

Əfsanəvi futbolçu Dieqo Maradona Argentina millisinin DÇ-2018-in 1/8 finalında Fransaya məğlubiyyətini (3:4) şərh edib. Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, o deyib ki, fransızlar Argentinanın lideri Lionel Messinin, yarımmüdafiə xəttinin oyun sistemini pozublar:

“Ona görə də Messi azad zona tapa bilmirdi. Messisiz isə biz adi komandayıq. Oyun gözlədiyimiz kimi də oldu. Növbəti dünya kubokundan da biz evə əliboş qayıdırıq. Təəssüf ki, Argentina millisinin timsalında biz yenə də sabit komanda görə bilmədik”.

Bütün xəbərlər Facebook səhifəmizdə