Messi Argentina millisinin düşərgəsini təkbaşına tərk edib

Messi Argentina millisinin düşərgəsini təkbaşına tərk edib

Argentina millisinin hücumçusu Lionel Messi bu gün milli komandasının Moskva ətrafında düşərgəsini təkbaşına tərk edib. AFR-in yaydığı xəbərə görə, o, bu gün düşərgədən ayrılıb. Komandanın bir qrup digər futbolçusunun isə iyulun 2-dən 3-nə keçən gecə birgə çarter reysi ilə Moskvadan Buenos-Ayresə yola düşəcəyi bildirilir.

Xatırladaq ki, Argentina millisi DÇ-2018-in 1/8 finalında dünən Fransaya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə