Lənkəran şahmatçıları beynəlxalq festivalda uğurla çıxış ediblər

Lənkəran şahmatçıları beynəlxalq festivalda uğurla çıxış ediblər
Lənkəran rayonunun yeniyetmə şahmatçıları Ukraynanın Xarkov şəhərində keçirilən beynəlxalq şahmat festivalında ölkəmizi layiqincə təmsil ediblər. Lənkəran şəhər şahmat məktəbinin direktoru İdrak Dadaşovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Rusiya, Ukrayna, İraq və Ermənistanı təmsil edən 100-ə yaxın şahmatçının qatıldığı "Berminvodu-2010" festivalında lənkəranlı idmançılar Cavidan Babazadə 15 yaşlıların yarışında 13 mümkün xaldan 12,5 xal toplayaraq birinci, 8 yaşlıların arasında Murad Rzayev isə 11,5 xal toplayaraq 2-ci- 3-cü yerləri bölüşdürsə də, əlavə əmsallara görə üçüncü yerə layiq görülüb. Onlara festivalın kuboku, diplomu və pul mükafatları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə