"Neftçi” Bosniya klubu ilə qarşılaşacaq

"Neftçi” Bosniya klubu ilə qarşılaşacaq

"Neftçi”nin Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, komanda həmin gün Bosniya və Herseqovinanın "Çelik” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş "Neftçi”nin iyulun 5-dəki rəqibi "Politexnika” (Rumıniya) olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə