FİFA DÇ-2018-in oyunlarını Rusiyada canlı izləyən əfsanəvi futbolçu Dieqo Maradonaya xeyli miqdarda pul ödəyir. Qol.az-ın “Daily Mail”ə istinadən yaydığı xəbərə görə, veteran hücumçu FİFA prezidenti Canni İnfantino tərəfindən yaradılmış “əfsanələr hovuzu”nun ən bahalı üzvlərindən biridir. FİFA dünya çempionatı zamanı Rusiyada qaldığı hər gün üçün Maradonaya 11 min avro ödəniş edir.
Bundan başqa, Maradonanın mənzil, nəqliyyat və digər xərcləri də FİFA tərəfindən qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB