Braziliya və İsveçrə 1/8 finalda!

Braziliya və İsveçrə 1/8 finalda!

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının on dördüncü günündə “E” qrupunda mübarizəyə yekun vurulub. On dördüncü günün sonuncu oyununa meydana “E” qrupunda yer alan Serbiya və Braziliya komandaları çıxıblar. Görüşdə baraziliyalılar 2:0 hesabı ilə qalib gəlib. Oyunda Braziliya yığmasında 36-ci dəqiqədə Filip Koutinyo, 68-ci dəqiqəsində isə Tiaqo Silva fərqlənib.

Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirən Kosta-Rika və İsveçrə komandaları arasında keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, İsveçrə millisi qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə