“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini klubunda qalıb. “Daily Mail” nəşrinin yazdığına görə, belçikalı futbolçu “qırmızı şeytanlar”la yeni ikiillik müqaviləyə imza atıb. Sazişin şərtlərinə əsasən, Fellaini həftəsinə 100 min funt-sterlinqdən artıq məvacib alacaq. 30 yaşlı futbolçu daha öncə yekun qərarını iyulun 1-də açıqlayacağını demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB