“Sevilya” 29 yaşlı futbolçunu transfer edib

“Sevilya” 29 yaşlı futbolçunu transfer edib

Yarımmüdafiəçi Roke Mesa karyerasını “Sevilya”da davam etdirəcək. Klubun saytında yer alan məlumata görə, ispan klubu 29 yaşlı futbolçunun müqavilə haqlarını “Suonsi”dən alıb. Mesa ilə 2021-ci ilin yayına kimi saziş imzalanıb.

İspan futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Sevilya”da keçirmişdi. La Liqada 7 oyunda meydana çıxan Roke Mesa hansısa məhsuldar göstərici ilə yadda qalmamışdı. Qeyd edək ki, “Neftçi” Avropa Liqasında “Uypeşt”i mübarizədən kənarlaşdıracağı təqdirdə II təsnifat mərhələsində “Sevilya”ya rəqib olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə