“Neftçi” sabah yoxlama matçına çıxacaq

“Neftçi” sabah yoxlama matçına çıxacaq

“Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Klubun saytında yer alan məlumatına görə, paytaxt təmsilçisi sabah növbəti yoxlama matçına çıxacaq. Belə ki, Roberto Bordinin yetirmələri “Dunarea Kalarası” ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə oyunun start fiti Bakı vaxtı ilə 18:00-da veriləcək. Görüş “Neftçi”nin məskunlaşdığı "Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə