Kuper Misir yığmasından qovuldu

Misir yığmasının baş məşqçisi Ektor Kuper tutduğu postdan azad edilib. Misir Futbol Federasiyasının saytında yer alan məlumata görə, tam tərkibli iclasdan sonra bu yöndə qərar alınıb. “Rusiyadan qayıtdıqdan sonra görüş keçirdik və hamılıqla Ektor Kuper və məşqçi heyəti ilə sağollaşmaq qərarına gəldik. Məşqçinin işini yüksək qiymətləndiririk. Onun sayəsində 3 il sonra Afrika Millətlər Kubokuna, 28 il sonra isə dünya çempionatına vəsiqə qazandıq” – deyə, bəyanatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə