Xavyer Pastore “Roma”ya keçir?

Xavyer Pastore “Roma”ya keçir?

PSJ-nin futbolçusu Xavyer Pastore “Roma”ya keçir. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün Romaya gedib.

Tərəflər arasında 4 illik müqavilə imzalanacağı gözlənilir. Bu transfer üçün italyanların PSJ-yə 20 milyon avro ödəyəcəyi bildirlir. Qeyd edək ki, argentinalı futbolçu 2011-ci ildən Paris klubunda çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə