Raca Nainqqolanı “İnter”ə satan “Roma” əvəzində Milan klubundan iki futbolçu alıb. Klubun saytında yer alan xəbərə görə, bunlar müdafiəçi David Santon və yarımmüdafiəçi Nikolo Canolodur. Santonla 2022-ci, Canolo ilə isə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. "Roma" Santon üçün "İnter"ə 9.5, Canolo üçün isə 4.5 milyon avro ödəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB