Con Obi Mikel Argentina ilə oyuna gipslə çıxacaq?

Con Obi Mikel Argentina ilə oyuna gipslə çıxacaq?

Nigeriya millisinin futbolçusu Con Obi Mikel DÇ-2018-in qrup mərhələsinin üçüncü turunda Argentina ilə oyuna əlində gipslə çıxa bilər. "TASS" agentliyinin yaydığı xəbərə görə, bu barədə yığmanın baş məşqçisi Qernota Rora məlumat verib: "Mikelin əlinin üçüncü barmağında çat var. Buna görə, o, oyuna gipslə çıxmalı olacaq. Biz bu haqda hakimdən soruşacağıq. Ümid edirəm ki, ona oynamağa icazə verəcəklər. Bu, sərt gipsdir. Amma zədəsi ciddi deyil. Buna görə Argentina ilə oyuna hazır olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə