2018/2019 mövsümündə “Sumqayıt”a rəhbərlik edəcək Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib. Klubun saytında yer alan məlumata görə, Samir Ələkbərov “Gənclik şəhəri” təmsilçisində baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.
2004-2005-ci illərdə "Neftçi", 2006-2008-ci illər ərzində isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş Ələkbərovun sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət milli komandamız olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB