“Nə qədər təəccüblü görünsə də, DÇ-2018-də ən çətin qrupa düşmüşdük. Biz yaxşı formada və oyunlara hazır olduğumuza əmin idik”. “TASS”-ın yaydığı xəbərə görə, bu sözləri Polşa millisinin hücumçusu Robert Levandovski deyib. “Biz fərqli qitələrin ən yaxşı oyunçuları ilə qarşılaşmalı olduq. Amma buna görə şikayət etmirik. İnanırıq ki, heç olmasa, bir oyun uda bilərik” – deyə o vurğulayıb.
Xatırladaq ki, Polşa Yaponiya, Kolumbiya və Seneqalla birgə H qrupunda mübarizə aparır. Onlar ilk ilk matçda Seneqala (1:2) və Kolumbiyaya (0:3) uduzaraq pley-offa çıxmaq şansını itiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB