“Neftçi” Qarsiyanı da yola saldı

“Neftçi” Qarsiyanı da yola saldı

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, yarımmüdafiəçi Fransisko Qarsiya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Paytaxt təmsilçisi ilə müqavilə müddəti gələn ilin yanvarına qədər olan paraqvaylı rəhbərliyin şərtləri ilə razılaşıb və yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə