2018/2019 mövsümündə "Sumqayıt"ın əsas komandasına rəhbərlik edəcək Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib. Klubun saytında yer alan məlumata görə, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək. 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandası, 2009-2011 "Rəvan", 2012-2015 "Simurq", 2016-2018-ci illər ərzində isə Moskva MOİK-nin Futbol Akademiyasında çalışıb. Babayev həmçinin 2008-2011 U-15 və U-17 yığmalarımızda da işləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB