Gənclər və idman naziri Azad Rəhimov idman sahəsində böyük uğurları və zəngin təcrübəsi ilə tanınan İspaniya Ali İdman Şurasının rəhbəri cənab Xayme Lissavetzkinin dəvəti ilə 24 noyabr 2010-cu il tarixdə İspaniyaya səfərə yola düşür. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər zamanı İspaniya Ali İdman Şurası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əlaqələrin müzakirə edilməsi və idman sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, səfər 26 noyabr tarixinədək davam edəcək.
Daha sonra Azad Rəhimov Almaniyanın Frankfurt şəhərində 26 noyabr 2010-cu il tarixində gerçəkləşəcək Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak etmək üçün bu ölkəyə yolanacaq. Qeyd edək ki, konfrans "Azərbaycan Gəncliyi Dövlət Proqramına" müvafiq olaraq keçirilir.
Almaniyaya səfəri çərçivəsində nazir 29 noyabr tarixində Berlin şəhərində yerləşən Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrasının açılması münasibəti ilə "Azərbaycan Elm və Mədəniyyət Həftəsi"nin tədbirlərinə qatılıb, Alman- Azərbaycan əlaqələrinin inkişafında gənclərin rolu mövzusunda keçiriləcək müzakirələrdə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB