Sonuncu turda AZAL-la oyunun sonlarında zədələnən Rauf Əliyev zədələnməsinə baxmayaraq matçın sonlarına qədər meydanda qalmışdı. "Qarabağ"ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 21 yaşlı forvardın ayağının müayinəsindən sonra xoşbəxtlikdən ciddi xəsarət qeydə alınmadığı məlum olub. Rauf bu gündən etibarən məşqlərə başlayacaq. Futbolçu açıqlamasında AZAL-la oyunun sonlarına yaxın rəqiblə toqquşduğunu, ilk anda ayağımda ciddi ağrı hiss etdiyini qeyd edib: "Buna baxmayaraq meydanda qaldım. Amma şükürlər olsun ki, tibbi müayinə zamanı ayağımda ciddi bir şey olmadığı müəyyənləşdi. İndi artıq yaxşıyam. Heç bir ağrı hiss etmirəm. Sabahdan artıq məşqlərə başlayacam". Rauf eyni zamanda bazar günü baş tutacaq "Neftçi" ilə oyuna da toxunub: "Neftçi" cari mövsüm olduqca yaxşı təsir bağışlayır. "Ağ-qara"lar çempionluğun ən böyük namizədidir. Amma biz həmişə "Neftçi"yə qarşı yaxşı oynamışıq. Maraqlı oyun olacağına inanıram. Rəqib lider olsa da, meydana 3 xal üçün çıxacağıq. "Qarabağ"ı silmək hələ tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB