Azərbaycan Premyer Liqasının XV turunun "Bakı"-"Xəzər Lənkəran" qarşılaşmasının hazırlıqlarına başlayan paytaxt təmsilçisi dünən saat 16:00-da klubun bazasında növbəti məşqini keçirib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bir istisna olmaqla tam heyətlə məşqə çıxan futbolçular Norbert Haunşteinin rəhbərliyi altında fiziki çalışmaları yerinə yetiriblər. Ardından futbolçular toplu təmrinlərin icrası üzərində işləyiblər. Qapıçılar Aqil Məmmədov, Xalidu Sissiko və Marko Şarliya məşqçi Aydın Salatanın nəzarətində ayrıca məşq keçiblər.
Komanda üzvlərinin yüksək əhval-ruhiyyədə məqş etmələri və istəkli olduqları diqqətləri cəlb edib.
Məşq prossesində yalnız Vaqif Cavadov iştirak etməyib. Milli komandadan dönən futbolçu həkimlərin məsləhətlərinə əsasən fərdi məşq keçib. Dairəvi qaçış və yüngül fiziki hərəkətlərlə kifayətlənən Vaqif yaxın günlərdə həmkarlarına qoşulacaq.
Komandanın baş məşqçisi Vinfrid Şefer "Xəzər Lənkəran" oyununun hazırlıqlarını funksional və taktiki məşqlərlə davam etdirir. "Bakı" növbəti məşqləri də klub bazasında keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB