Azərbaycan boksçuları Qazaxıstandan 5 medalla qayıdıblar

Azərbaycan boksçuları Qazaxıstandan 5 medalla qayıdıblar

Qazaxıstanın Pavlodar şəhərində bu ölkənin əməkdar məşqçisi Rafael Vahidovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xdimətindən SİA-ya verilən məlumta görə, yarışda Rasim Məmmədovun rəhbərliyi altında Azrbaycanın "Rabitə" klubunun idmançıları da mübarizə aparıb. Turnirə 8 boksçu ilə yollanan komandamız 5 medalla geri dönüb. 60 kq çəki dərəcəsində Elvin İsayev və 81 kq-da gücünü sınamış Vətən Hüseynli bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İki idmançımız - Kamran Mehdiyev (81 kq) və Sadiq Eynullayev (69 kq) yalnız finalda uduzaraq 2-ci yerə layiq görülüblər. 75 kq çəki dərəcəsində döyüşmüş Murad Ağamalıyev 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, yarışda Qazaxıstan, Azərbaycan, Rusiya Qırğızıstan və Monqolustanın 100-dən çox dəri əlcək ustası qələbə uğrunda mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə