Abu-Dabidə keçirilən cüdo üzrə beynəlxalq Qran-Pri turniri davam edir. Bu gün yarışda qadın cüdoçumuz Ramilə Yusubova 63 kq çəki dərəcəsində Avstriya təmsilçisi ilə qarşılaşıb və məğlub olub. İdmançımız yarışda çıxışını dayandırıb.
Digər təmsilçimiz Renat Mirzəyev (73 kq) isə ilk görüşdə Türkiyə idmançısını məlub etsə də, 2-ci qarşılaşmada niderlandlı cüdoçuya məğlub olub.
81 kq çəki dərəcəsində mübarizə aparan Elxan Rəcəbli ilk görüşdə polşalı rəqibini məğlub edib. 2-ci qarşılaşmasında idmançımız italiyalı cüdoçudan üstün olub. Hazırda təmsilçimiz Almaniya cüdoçusu ilə qarşılaşır.
Artıq bu günə olan son ümidimiz de "suya düşdü". Elxan Məmədov 2 qələbədən sonra ¼ finalda almaniyalı Mareş Svenə məğlub oldu.
Qeyd edək ki, dünən yarışa qatılmış təmsilçilərimiz də məğlub olaraq yarışda çıxışlarını dayandırıblar.
Sabah isə yarışın son günündə 90 kq çəki dərəcəsində Elxan Məmmədov, 100 kq çəki dərəcəsində Mövlud Mirəliyev və +100 kq çəki dərəcəsində Emil Tahirov yarışa qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB