"İngiltərə çempion olsa, efirə alt paltarı ilə çıxacam"

"İngiltərə çempion olsa, efirə alt paltarı ilə çıxacam"

İngiltərə millisinin sabiq futbolçusu və hazırda telekanalların birində aparıcı işləyən Qari Lineker növbəti iddialı açıqlama verib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, İngiltərə millisi mundialın kubokunu qazansa, efirə alt paltarı ilə çıxacaq.

Qeyd edək ki, Lineker 2015-ci ildə “Lester” İngiltərə Premyer Liqasında çempion olacağı təqdirdə efirə alt paltarında çıxacağını bildirmişdi. Komanda çempion olduğu üçün o, vədinə əməl etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə