Saşa Stamenkoviç Azərbaycana qayıdır?

Saşa Stamenkoviç Azərbaycana qayıdır?

"Sabah" klubuna keçidimlə bağlı danışıqlar gedir". Bunu "Report"a açıqlamasında "Neftçi" klubunun sabiq qapıçısı Saşa Stamenkoviç deyib. O, tezliklə hər şeyə aydınlıq gələcəyini vurğulayıb: "Sabah"ın baş məşqçisi Elşad Əhmədovu "Neftçi"də oynadığım vaxtdan tanıyıram. Onun haqqında müsbət fikirdəyəm. Öz təcrübəmlə "Sabah"a kömək etməyə hazıram".

Qeyd edək ki, Saşa Stamenkoviç "Neftçi"də 2011-2015-ci illərdə forma geyinib. O, iki dəfə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olub. Serbiyalı qapıçı 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib. Stamenkoviçin son klubu Qazaxıstanın I Divizonunda çıxış edən “Okjetpes” olub. O, komandanı yanvarda tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə